Avtobusların hərəkət intervalında gecikmələr yaranıb

23 Sentyabr 2018 14:25 (UTC+04:00)
Bakıda bir sıra avtobusların hərəkət intervalında gecikmələr yaranıb. SİA-nın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin məlumatında deyilir. "Hazırda bir sıra küçə və prospektlərdə, xüsusən də Heydər Əliyev və Ziya Bünyadov prospektlərində nəqliyyatın hərəkətində müşahidə edilən sıxlıq səbəbindən bir sıra avtobusların hərəkət intervalında gecikmələr yaranıb".