Tarkan konsertdən imtina etdi

23 Sentyabr 2018 10:15 (UTC+04:00)
Müğənni Tarkan hər il sentyabr ayında verdiyi 10 günlük konsertdən imtina edib. SİA-nın türk mətbuatına istinadən məlumatına görə ki, o, yeni doğulan qızı Liya ilə daha çox zaman keçirmək istədiyini deyib. Bu aralar çox vaxt Almaniyada olan Tarkanın konsert verəcəyini gözləyən izləyiciləri onun bu addımını tənqid edib. Müğənni isə qərarının dəyişməyəcəyini deyib. O, hətta musiqiçilərinin konsertdən əldə edəcəyi qazancı da ödəyib.