Bu gün cüdo üzrə dünya çempionatında 81 və 63 kiloqram çəki dərəcələrində yarışlar keçiriləcək

23 Sentyabr 2018 10:00 (UTC+04:00)
Bu gün cüdo üzrə dünya çempionatında 81 və 63 kiloqram çəki dərəcələrində yarışlar keçiriləcək. SİA-nın verdiyi məlumata görə, kişi cüdoçular 81 kiloqram, qadınlar isə 63 kiloqram çəki dərəcəsində mübarizə aparacaqlar. Azərbaycan idmançıları bu çəki dərəcələrində təmsil olunmurlar. Xatırladaq ki, sentyabrın 27-dək davam edəcək turnirdə 125 ölkədən 800-dək cüdoçu mübarizə aparır