Azərbaycan millisindən növbəti qələbə müjdəsi FOTOLAR

23 Sentyabr 2018 10:00 (UTC+04:00)

İtaliyanın Siyene şəhərində Polo üzrə Avropa Çempionatı davam edir. SİA-nın verdiyi məlumata görə, 22 sentyabr tarixində yarışın 2-ci turunda Fransa komandası ilə qarşılaşan Azərbaycan milli yığması növbəti inamlı qələbəsini qazanıb. Milli yığmamızın üzvləri qələbə qazanmaq üçün güclü iradə və yüksək peşəkarlıq nümayiş etdirərək rəqiblərini 8:4 hesabı ilə darmadağın ediblər.

İkiqat Avropa çempionu və bu turnirin ikiqat gümüş müka-fatçısı olan güclü Fransa yığmasına məğlubiyyət hissini yaşadan milli komandamızın tərkibində Elçin Camallı və Fabian Bolanterio xüsusilə fərqləniblər.

Azərbaycan yığma komandasının baş məşqçisi Namiq Orucov böyük hesablı növbəti qələbə münasibətilə idmançılarımızı təbrik edib, oyunun nəticəsindən məmnunluğunu ifadə dib və göstərilən dəstəyə görə minnətdarlığını bildirib

30 sentyabr 2018-ci il tarixədək davam edəcək Polo üzrə Avropa Çempionatının 26 sentyabr tarixində keçiriləcək 3-cü turunda Azərbaycan millisi Slovakiya yığması ilə, 28 sentyabr tarixində baş tutacaq 4-cü turda isə hazırki Avropa çempionu İrlandiya komandası ilə qarşılaşacaqdır.