Balakəndə 15 otaqlı ev yanıb

23 Sentyabr 2018 09:15 (UTC+04:00)
Balakən rayonunda ev yanıb. FHN-dən SİA-ya verilən məlumata əsasən, rayonun Katex kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli 15 otaqlı evin yanar konstruksiyaları 160 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.