Terrorçuların Avropada cinayət törədmədikcə qara siyahıya daxil edilməməsi qəbuledilməzdir İrandan sərt bəyanat

23 Sentyabr 2018 08:40 (UTC+04:00)
Niderland, Danimarka səfirləri və Böyük Britaniyanın müvəqqəti işlər vəkili Əhvaz şəhərində baş verən terror aktı ilə bağlı İran XİN-ə çağırılıblar. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, üç ölkənin nümayəndəsi Əhvazda baş verən terror aktında əli olan terror qruplaşmalarının üzvlərinin həmin ölkələrdə gizlədilməsi ilə bağlı İranın mövqesi ilə bağlı məlumatlandırılıblar. Qeyd olunur ki, İran terrorçuların həmin ölkələrdə olduğunu bir daha nəzərə çatdırıb və onların həbs və mühakimə etməyə çağırıb. "Avropa İttifaqının bu terror qruplaşmalarının üzvlərinin Avropa ərazisində cinayət törədmədikcə qara siyahıya daxil etməməsi qəbuledilməzdir"- deyə, İranın XİN-in rəsmi nümayəndəsi Bəhram Kasemi bildirib.