Luka Modriç vergidən yayındığı üçün həbs cəzası alıb

23 Sentyabr 2018 02:16 (UTC+04:00)

“Real”ın yarımmüdafiəçisi Luka Modriç vergi problemləri ilə bağlı problemi ilə bağlı məhkəmə qarşısına çıxıb. “El-Mundo” nəşri yazır ki, 2013-2014-cü illərdə vergidən yayınan xorvat futbolçuya 8 aylıq şərti həbs cəzası verilib. Məhkmənin qərarına əsasən, o, hökumətə cərimə ilə birlikdə ümumilikdə 1,2 milyon avro pul köçürməlidir. 32 yaşlı yarımmüdafiəçi artıq bu məbləğin bir hissəsini ödəyib.

Qeyd edək ki, bir müddət öncə Lionel Messi və Kriştiano Ronaldo da eyni səbəbdən məhkəməlik olmuşdu.