“Qəbələ”nin gəncləri “Şerif”lə nə zaman qarşılaşacaq?

23 Sentyabr 2018 01:15 (UTC+04:00)

“Qəbələ”nin U-19 komandasının UEFA Gənclər Liqasında Moldova “Şerif”i ilə keçirəcəyi oyunların başlama vaxtı müəyyənləşib. Klubunun rəsmi saytında yer alan xəbərə görə, Çempionlar yolunun I mərhələsinin ilk oyunu Qəbələ şəhər stadionunda baş tutacaq. Oktyabrın 3-də keçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq.

Cavab matçı Tiraspolda “Şerif”in kiçik arenasında keçiriləcək. Oktyabrın 24-də oynanılacaq görüşün start fiti Bakı vaxtı ilə saat 16:00-da veriləcək.