İran XİN: "Rəsmi İran cavab tədbirləri həyata keçirəcək”

22 Sentyabr 2018 14:14 (UTC+04:00)

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib ki, İranın Əhvaz şəhərində baş verən və 10-dan çox insanın ölümünə səbəb olan terror aktına görə məsuliyyəti terrorçuluğun regional sponsorları və onların amerikalı təlimatçıları daşıyır. SİA-nın verdiyi məlumata görə, bununla bağlı “RİA Novosti” agentliyi xəbər yayıb.

İranın xarici işlər naziri öz “tvitter” hesabında bildirib: “Xarici rejimlər tərəfindən maliyyələşdirilən, silahlandırılan və təlim alan terrorçular Əhvazda terror hücumu həyata keçirdilər. Ölənlər arasında uşaq və gənclər də var. Terror aktına görə məsuliyyəti terrorçuluğun regional sponsorları və onların amerikalı təlimatçıları daşıyır. İran öz vətəndaşlarını qorumaq üçün cəld və qərarlı şəkildə cavab tədbirləri həyata keçirəcək”.

IRNA agentliyinin məlumatına görə, hücuma görə məsuliyyəti Səudiyyə Ərəbistanla əlaqəli olan “Əhvazdakı vətənpərvər ərəb demokratik hərəkatı” öz üzərinə götürüb.