Azərbaycan AŞPA-nın Gürcüstanda keçirilən tədbirində təmsil olunacaq

22 Sentyabr 2018 13:40 (UTC+04:00)

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) tədbirində iştirak etmək üçün sentyabrın 24-də Gürcüstana səfər edəcək. Bu barədə SİA-ya MM-in mətbuat xidmətindən məlumat verilib.

Tbilisidə keçiriləcək AŞPA-nın Mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında qeyd olunan sahələrə aid bir sıra aktual məsələlər müzakirə olunacaq.

Rafael Hüseynov müzakirəyə çıxarılacaq məsələlər barədə öz fikirlərinin söyləyəcək, təkliflərini verəcək.

Səfər sentyabrın 26-da başa çatacaq.