Rüstəm Orucov DÇ-də 1/8 finala çıxdı

22 Sentyabr 2018 13:14 (UTC+04:00)

Bakıda Milli Gimnastika Arenasında keçirilən cüdo üzrə dünya çempionatında idmançımız Rüstəm Orucov (73 kq) 1/16 finalda Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi Viktor Skvortovla qarşılaşıb. SİA-nın məlumatına görə, cüdoçumuz qalib gələrək növbəti mərhələyə yüksəlib.R R.Orucov bu qarşılaşmada da yüksək ustalıq nümayiş etdirərək rəqibini ipponla məğlub edib.

Onun 1/8 finalda rəqibi monqolustanlı Tsoqtbaatar Tsend-Oçir olacaq.