Evinin qarşısında 400 manatını əlindən aldılar

22 Sentyabr 2018 11:24 (UTC+04:00)

Sentyabrın 19-da DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət edən Bakı şəhər sakini Vladimir Yeqorov Xətai rayonu ərazisində evinin qarşısında naməlum şəxsin onun 400 manatını açıq talama yolu ilə aldığını bildirib.

DİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bununla bağlı Xətai RPİ 35-ci Polis Bölməsinin əməkdaşları dərhal hadisə yerinə yollanıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb. Araşdırmalar nəticəsində onların əvvəllər məhkum olunan - Mingəçevir şəhər sakini Razi Əliyev və Göygöl rayon sakini Emin Qədimov olduqları müəyyən edilib.

Qeyd edək ki, şəxsi axtarış zamanı onlardan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.