Bakıda daha bir yanğın olub

22 Sentyabr 2018 06:06 (UTC+04:00)

Bakıda yanğın qeydə alınıb. FHN-dən Trend-ə verilən məlumata görə, şəhərin Xətai rayonunda hər mərtəbəsi 140 m² olan ikimərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən kafenin mansardasının yanar konstruksiyaları 120 m² sahədə yanıb.

Mansardanın qalan hissəsi, kafe və 1-ci mərtəbədə yerləşən avtomobil təmiri sexləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.