Şəmkirdə intihar hadisəsi olub

22 Sentyabr 2018 04:03 (UTC+04:00)

Şəmkir rayonunda intihar hadisəsi olub. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə Dəllər qəsəbəsində baş verib. Qəsəbədə 18 yaşlı Nişanə İsayeva özünü asaraq intihar edib. Hadisənin səbəbi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.