Pilləkəndən yıxılan qadın xəstəxanada ayılıb

22 Sentyabr 2018 03:05 (UTC+04:00)

Tovuzda yaşlı qadın yıxılaraq xəsarət alıb. Trend-in məlumatına görə, hadisə rayonun Qovlar qəsəbəsində baş verib. Qəsəbə sakini, 1935-ci il təvəllüdlü Hümbətova Telli Namaz qızı evlərinin pilləkənindən yıxılıb. Hadisə nəticəsində qadın baş nahiyəsindən ağır xəsarət alıb. Yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.