"Mançester Siti" Maradonanın keçmiş kürəkəni ilə müqaviləni yeniləyib

21 Sentyabr 2018 20:16 (UTC+04:00)

"Mançester Siti" ulduz futbolçusu Serxio Aquero ilə müqaviləni yeniləyib. İngilis klubunun rəsmi saytında yer alan xəbərə görə, argetinalı hücumçunun yeni sözləşməsinin müddəti 2021-ci ilin yayına qədərdir. 30 yaşlı futbolçunun əvvəlki müqaviləsi 2020-ci ilin mayına qədər nəzərdə tutulmuşdu. Qeyd edək ki, Aquero 2011-ci ildə "Atletiko"dan transfer edilib. O, bu müddətdə "şəhərlilər"in heyətində 299 oyuna 204 qol vurub. Bu göstərici ilə Aquero "MS" tarixinin ən məhsuldar futbolçusudur.