Tədbir iştirakçıları Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

21 Sentyabr 2018 18:25 (UTC+04:00)

Sentyabrın 21-də Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasın iştirakçıları Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. SİA xəbər verir ki, sonra Şəhidlər xiyabanına gedən iclas iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.