Cüdo üzrə DÇ-də ikinci günün finalçıları müəyyənləşib

21 Sentyabr 2018 18:12 (UTC+04:00)

Bakıdakı Milli Gimnastika Arenasında keçirilən cüdo üzrə dünya çempionatında ikinci günün finalçıları müəyyənləşib. SİA-nın məlumatına görə, qadınlar arasında 52 kiloqram çəki dərəcəsi üzrə yarışların finalında Yaponiya təmsilçiləri Uta Abe və Ai Şişime qarşılaşacaqlar.

Kişilər arasında 66 kiloqram çəki dərəcəsində isə finala Qazaxıstan cüdoçusu Yerlan Serikzhanov və yaponiyalı Hifumi Abe vəsiqə qazanıblar.