Moskva onun maraqlarında olan hər şeyi edəcək BƏYANAT

21 Sentyabr 2018 17:40 (UTC+04:00)

Dmitri Peskov: "Vaşinqton Moskva ilə münasibətlərin ayıq başla qiymətləndirilməsinə imkan vermir”

“ABŞ-ın siyasi dairələrində sanksiya isterikaları davam edir. Bu da Vaşinqtonla Moskva arasındakı münasibətlərin pesrpektivlərinin ayıq başla qiymətləndirməsinə imkan vermir”. SİA “vesti.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov sözügedən məsələyə münasibətini bildirərkən deyib.

Vladimir Putinin mətbuat katibi bəyan edib ki, Moskva beynəlxalq münasibətlərdə dözümlülük prinsipini bundan sonra da qoruyacaq. O, qeyd edib ki, Qərb tərəfindən tətbiq edilən sanksiyalar o qədər çoxdur ki, qeyri-dostluq münasibətlərini göstərən həmin sanksiyaların hər birinə cavab vermək çətindir. “Lakin yeni sanksiyaların tətbiq edilməsi reaksiyasız qalmayacaq”, deyən Peskov həmçinin bildirib ki, ABŞ-ın sanksiyalara bu qədər çox aludə olmasına və həmin praktikaya tez-tez müraciət etməsinə cavab verməyə cəhd göstərmək insanı haldan salar: “Əsas budur ki, Moskva onun maraqlarında olan hər şeyi edəcək”.

Rövşən RƏSULOV