Şafak Sezerin qardaşı yenidən həbs olundu FOTOLAR

21 Sentyabr 2018 17:25 (UTC+04:00)

Türkiyəli aktyor Şafak Sezerin qardaşı Yavuz Sezer həbs olunub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, o, bir neçə şəxsdən oğurluq etdikdən sonra polis bölməsinə gələrək təslim olub. Belə ki, Ankaraya gedən avtobusun sərnişinlərindən biri 600 lirə pulunun yerində olmadığını görüb və polisə şikayət edib. Təhlükəsizlik kameraları izlənildikdən sonra məlum olub ki, oğurluğu edən məhz Yavuz Sezerdir.

Qeyd edək ki, bu Yavuzun ilk həbsi deyil.