Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib

21 Sentyabr 2018 16:01 (UTC+04:00)

Avropa Liqasının qrup mərhələsinin ilk turunun oyunlarından sonra UEFA reytinqi açıqlanıb. SİA-nın məlumatına görə, oynanılan matçlardan sonra Azərbaycanın mövqeyi dəyişməz qalıb. 18.500 xalı olan ölkəmiz 26-cı sırada qərarlaşıb. Avroliqada mübarizə aparan "Qarabağ" "Sportinq"ə uduzduğu üçün xal ehtiyatımızda dəyişiklik olmayıb.

Qeyd edək ki, Azərbaycandan 1 pillə irəlidə olan İsrailin 18.625 xalı var.