KTMT-nin qərarına yerevanlılar niyə təəccüblənir? ÖZƏL-MÖVQE

21 Sentyabr 2018 16:10 (UTC+04:00)

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) birləşmiş qərargahının rəisi, general-polkovnik Anatoli Sidorovun təşkilatın Qarabağ məsələsində Ermənistanın tərəfində durmayacağı ilə bağlı söylədiyi fikirlər Ermənistanda geniş müzakirələrə səbəb olub.

Burada məntiqi sual yaranır: əgər bu alyansın konkret nizamnaməsi olduğu halda, niyə yerevanlılar təəccüblənir?

Məsələ ilə bağlı SİA-ya açıqlama verən beynəlxalq ekspert Tamerlan Vahabov deyib ki, bunlar üçün əsas olan adından da bəlli olduğu kimi kollektiv təhlükəsizlikdir: “Kollektiv təhlükəsizlik o deməkdir ki, hər hansı bir ölkəyə hansısa təhdid və yaxud hücum təhlükəsi olarsa, digər dövlətlər də həmin təhdid altında olan ölkəyə etməlidirlər. Ancaq Dağlıq Qarabağ nə Ermənistan tərəfindən, nə KTMT tərəfindən, nə də dünya ictimaiyyəti tərəfindən tanınmayan bir ərazidir. Ona görə də bu təşkilatın prinsiplərinə və nizamnaməsinə zidd bir hərəkətdir. Mən təşkilatın sədrinin bəyanatı ilə tamamilə razıyam. Ümumiyyətlə Ermənistanda hər dəfə bu məsələ qalxanda reallıqdan çox uzaq bir müzakirələr var. Bunu rasional bir addım adlandıra bilmərik. İkincisi, Ermənistanın özünün məsələyə yanaşması var. Yəni Dağlıq Qarabağ məsələsi Ermənistanın özünə təhlükə yaradırmış kimi belə bir obraz yaratmaq istəyirlər. Ermənistanın təbirincə bu belə olmalıdır”.