Xəzər TV-nin yanında dəhşətli yanğın (FOTO- VİDEO)

21 Sentyabr 2018 12:25 (UTC+04:00)

Bakıda güclü yanğın baş verib. SİA-nın məlumatına görə, hadisə Fəhlə prospektində, Xəzər televiziyasının binasının yaxınlığında baş verib.

Əraziyə yanğınsöndürən, təcili yardım maşınları və canlı qüvvə cəlb olunub.

Xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur. Yanğın güclü olduğundan FHN əməkdaşları hadisənin qarşısını almaqda çətinlik çəkir.

Yanğının qarşısının alınması üçün tədbirlər görülür.