Genişmiqyaslı təlimlərdə gecə vaxtı döyüş atışları keçirilib FOTO-VİDEO

21 Sentyabr 2018 11:36 (UTC+04:00)

Genişmiqyaslı təlimlərin planına uyğun olaraq müxtəlif poliqonlarda gecə vaxtı və məhdud görmə şəraitində döyüş atışları icra olunub. Bu barədə SİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirlib.

Təlimlərə cəlb olunan qoşunlar silahlanmada olan müasir silah və hərbi texnikanın tətbiq ilə şərti düşmənin bütün hədəflərini məhv edərək qarşıya qoyulan tapşırıqları yerinə yetiriblər.