Azər Axşamın yeni verilişi bəlli oldu

21 Sentyabr 2018 16:20 (UTC+04:00)

Aparıcı Azər Axşama ATV-də yeni verilişi idarə etmək həvalə olunub. SİA-nın məlumatına görə, proqram “Axşamın oyunu” adlanır. Həftədə bir dəfə efirə gedəcək veriliş yarışma xarakterlidir. Proqramda məşhur simalarla yanaşı tamaşaçılar da yer alacaqlar. Onlar uduşa qoyulan pul üçün müxtəlif tapşırıqları yerinə yetirəcəklər.

Qeyd edək ki, Azər eyni zamanda “ATV səhər”ə də aparıcılıq edir.