Xaçmazda taxıl sahəsi yanıb

21 Sentyabr 2018 10:13 (UTC+04:00)

Xaçmazda taxıl sahəsi yanıb. FHN-dən SİA-ya verilən məlumata görə, rayonun Moruqoba kəndində 50 ha biçilmiş taxıl sahəsi, 5 ədəd elektrik dirəyi qismən və əraziyə yığılmış 45 ton ot bağlaması yanıb.

Yaxınlıqdakı meşə zolağı və meyvə bağları yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.