Ali Rada Mərkəzi Seçki Komissiyasının 13 üzvünü işdən qovub

21 Sentyabr 2018 00:06 (UTC+04:00)

Ukraynanın Ali Radası Mərkəzi Seçki Komissiyasının 15 üzvündən 13-nü vəzifəsindən kənarlaşdırıb. Belə ki, deputatlardan 278-i bu qərarın lehinə səs verib. Vəzifəsindən kənarlaşdırılan MSK üzvləri arasında komissiyanın sədri Mixail Oxendovski, müavinləri Andrey Maqer və Janna Usenkonu da var.

Ali Rada onların əvəzinə yeni üzvlər seçib.