Obameyanqın atası baş məşqçi oldu

20 Sentyabr 2018 21:18 (UTC+04:00)

"Arsenal"ın futbolçusu Pyer-Emerik Obameyanqın atası Pyer-Fransua Obameyanq Qabon millisinin baş məşqçisi təyin edilib. Qabon Futbol Federasiyasının saytında yer alan xəbərə görə, o, Daniel Kuzenlə birgə yığmanı çalışdıracaq. Hər iki məşqçinin bərabər hüquqa malik olduğu vurğulanıb. Qeyd edək ki, ata Obameyanq 1985-1998-ci illərdə 80 dəfə formasını geyindiyi Qabon millisinin kapitanı olub.