Bakıda keçirilən DÇ-nin ilk qalibi müəyyənləşib

20 Sentyabr 2018 18:29 (UTC+04:00)

Bakıda keçirilən cüdo üzrə dünya çempionatının ilk qalibi müəyyənləşib. SİA-nın məlumatına görə, qadınlar arasında 48 kiloqram çəki dərəcəsində final görüşündə Yaponiya təmsilçisi Funa Tonakini məğlub edən ukraynalı Daria Bilodid dünya çempionatının ilk qalibi olub.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil edilən dünya çempionatı sentyabrın 27-də başa çatacaq.