Gəncədə qanvermə aksiyası keçirilib FOTO

20 Sentyabr 2018 14:50 (UTC+04:00)

Gəncədə qanvermə aksiyası keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə könüllü qanvermə aksiyası keçirilib. “İmamzadə” ziyarətgahında təşkil olunan aksiyada yüzlərlə insan iştirak edib. 42 nəfərin eyni vaxtda qanverməsi üçün hər bir şərait yaradılıb, məntəqə zəruri dərman və tibbi vasitələrlə təmin edilib.

Aksiyada Gəncə və ətraf rayonlardan 300-dən artıq insan iştirak edib.

İlham Məmmədov