Tünzalə: "Hər gecə Zəhranı öpürəm ki, birdən dünyadan köçərəm"

20 Sentyabr 2018 17:08 (UTC+04:00)

Əməkdar artist Tünzalə Əliyevaya (Toppuş bacı) yardım üçün verilişlərin birində xeyriyyə marafonuna başlayıb. SİA-nın məlumatına görə, veriliş zamanı T.Əliyevanın heç vaxt üzünü görsətmədiyi qızı Zəhra studiyaya gətirilib. Proqramda aktrisa göz yaşlarını saxlaya bilməyərək, bu sözləri deyib: “Hər gün gecə yatmazdan əvvəl Zəhranın saçını öpürəm ki, birdən səhərə ayılmaram. Düşünürəm ki, gözümü yumaram, səhər dünyadan köçərəm, Zəhramı görmərəm. Səhər onu görəndə deyirəm ki, şükür Allaha sağam”.

Tünzalə bildirib ki, çox işləmək onu bu cür xəstə edib: “Həyat məni çox yordu, yükləndim. Ailədə, işdə yükləndim. Bir həftə xəstəxanada qaldım, çıxan kimi işə getdim. 11 dəfə əməliyyat olundum, 10 gün dincəlmədim. Qarnımda alətlər, milli paltarı geyinib, məclisə aş verirdim. Bir də baxırdım gəlinin yanı sudur. Ətəyimi fırlayıb o biri işə keçirdim. Heç vaxt xoş gündə dincəlmədim. Çox işlədim...

Məni qınadılar ki, niyə verilişə gəldin, kömək istədin, xınalardan qazanırsan. Mənim pulum olsaydı, evimi nəğd pulla alardım. Hərdən ayaqlarım gedir, yıxılıram, idarə edə bilmirəm. "Qız atası" serialına çəkilirəm, ona görə yox ki, unudularam. İnsanlardan təcrid olsam, ölüb gedərəm”.