Orxan Səfərov 1/8 finalda məğlub oldu - Dünya çempionatı

20 Sentyabr 2018 12:44 (UTC+04:00)

Bakıda Milli Gimnastika Arenasında keçirilən cüdo üzrə dünya çempionatı davam edir. SİA-nın məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Orxan Səfərov 1/8 finalda "Bakı-2015" I Avropa Oyunlarının bürünc medalçısı, Avropa çempionu gürcüstanlı Amiran Papinaşvili ilə qarşılaşıb. Görüşdə rəqib ipponla qalib gəlib.

O.Səfərov yarışda mübarizəni dayandırıb.