Dövlət qulluğuna qəbul olunmaq istəyənlərin DİQQƏTİNƏ

20 Sentyabr 2018 11:44 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olunmaq istəyənlərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə sentyabrın 22-də növbəti sınaq imtahanı keçiriləcək. DİM-dən SİA-ya verilən məlumata görə, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə saat 10:00-da başlanacaq.

Namizədlər imtahanı DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanındakı binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. İmtahanda iştirak etmək üçün online qeydiyyat sentyabrın 22-si saat 9:00-dək davam edəcək. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.

Sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq mümkündür. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır.