Kamildən kövrəldici sözlər: "Bir çox anadan yaxşı atayam" FOTOLAR

20 Sentyabr 2018 15:30 (UTC+04:00)

İdmançı Kamil Zeynallı qızı ilə birgə məktəbdə çəkdirdiyi fotoları "İnstgaram" səhifəsində paylaşıb. SİA-nın məlumatına görə, idmançı şəkillərə hər kəsi kövrəldən sözlər yazıb: "İdeal ata ola bilərəm. Çünki həyatda ən əsas vəzifələrimdən biri budur. Amma nə qədər yaxşı ata olsam da ananın yerini verə bilmərəm. Övlad atasız böyüyə bilər, anasız isə yox. Ata uşaq üçün qanaddır. Atasız qalan övlad hər zaman boynu bükük qalır. Mənim kimi.... Hər bir övlada iki qanadlı böyüməyi arzu edirəm.

Onu da deyim ki, nə qədər qızımı dəlilər kimi sevsəm, onun üçün hər şey etsəm də amma anasının yerini heç vaxt doldura bilmərəm. Düzünü desem bir çox anadan yaxşı atayam".