150 milyondan çox sərnişin metrodan istifadə edib

20 Sentyabr 2018 09:27 (UTC+04:00)

Cari ilin yanvar-avqust aylarında metro nəqliyyatından istifadə edən sərnişinlərin sayında artma müşahidə olunub.

Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, hesabat dövründə metro nəqliyyatının xidmətindən istifadə edən sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 1,1 faiz artaraq 150,4 milyon nəfərə çatıb.