Bakıda dünya şöhrətli “New Life Brass” kvintetinin konserti olub

20 Sentyabr 2018 04:04 (UTC+04:00)

Sentyabrın 19-da Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində Bakı Beynəlxalq Muğam Mərkəzində Rusiyanın T.Dokşiçer adına “New Life Brass” kvintetinin konserti olub.

AZƏRTAC xəbər verir ki, dünya şöhrətli “New Life Brass” kvinteti nəfəsli alətlərdən ibarətdir. 2009-cu ildə Qnesinlər adına Rusiya Musiqi Akademiyasının tələbələri tərəfindən yaradılmış kvintet müxtəlif beynəlxalq müsabiqələr və festivallarda iştirak edir. Musiqiçilərin repertuarında klassik və caz janrlarında əsərlər yer alır. Bakılı tamaşaçılar kvintetin çıxışını böyük maraqla qarşılayıb.