"Qarabağ" - "Arsenal" matçının biletləri satışa çıxarılır

20 Sentyabr 2018 03:19 (UTC+04:00)

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda keçiriləcək "Qarabağ" - "Arsenal" matçının biletlərinin satışa çıxarılacağı vaxt müəyyənləşib. Klubun rəsmi "Feysbuk" səhifəsində yer alan xəbərə görə, azarkeşlər sözügedən qarşılaşmanın biletlərini bu gündən etibarən əldə edə bilərlər. Biletlərin qiymətləri 2, 5, 15, 20 və 50 manat arasında dəyişir. Biletləri həm Qarabağ FK Fan-şop (Park Bulvar), Sumqayıt şəhəri (ASAN Xidmət), 28 Mall, Gənclik Mall, həm də onlayn olaraq iTicket.az saytından almaq mümkündür.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Arsenal" oyunu oktyabrın 4-ü saat 20:55-də başlayacaq.