Kriştiano Ronaldo: "Oğlum uduzmağı heç sevmir"

20 Sentyabr 2018 02:17 (UTC+04:00)

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo Turin klubunun aşağı yaş qrupunda çıxış edən oğlu Kriştianinyo haqda danışıb. Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o deyib: "Ümid edirəm ki, o, atası kimi olacaq. Məndən daha yaxşı futbolçu olacağını deyir, amma bu, çox çətindir".

Portuqaliyalı hücumçu oğlunun rəqabət aparmağı sevdiyini bildirib: "Mən də uşaq vaxtı elə idim. Uduzmağı heç sevmir. Peşəkar futbolçu olmağını istəyirəm. Çox sürətli, texnikalıdır. Amma üzərində təzyiq yaratmaq istəmirəm".