Futbolçu qızlarımız İslandiya millisinə məğlub olub

19 Sentyabr 2018 23:17 (UTC+04:00)

Futbol üzrə 17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinə start verilib. Milli komandamız bu gün ilk oyununu keçirib. Moldovadakı District Sport Kompleksdə İslandiya millisi ilə qarşılaşan komandamız 0:1 hesabı ilə məğlub olub. Qeyd edək ki, millimiz sentyabrın 22-də İngiltərə ilə qarşılaşacaq.