Koçaryan: "Paşinyan çox tez sönüb gedən meteoritdir”

19 Sentyabr 2018 17:08 (UTC+04:00)

Ermənistanın mövcud hakimiyyəti səbatsızdır, iqtisadiyyatda naşıdır, aydın fəaliyyət planına malik deyil". SİA-nın verdiyi məlumata görə, bunu Rusiyanın “Kommersant” nəşrinə müsahibəsində Ermənistanın sabiq prezidenti Robert Köçaryan deyib.

Onun fikrincə, hökumət başçısı Nikol Paşinyan parlaq şəxsdir, lakin populizmə ifrat meyl göstərməsi ciddi narahatlıq doğurur: "Ola bilsin, Paşinyan çox tez sönüb gedən meteoritdir”.