Tərcümə Mərkəzinin fəaliyyəti Belarusda mükafata layiq görülüb

19 Sentyabr 2018 16:17 (UTC+04:00)

Azərbaycan Tərcümə Mərkəzinin bir qrup əməkdaşı Belarus Respublikası İnformasiya Nazirliyinin xüsusi diplomuna layiq görülüb. SİA-nın məlumatına görə, mükafat Tərcümə Mərkəzinə ədəbiyyatlararası mübadilələr istiqamətində ərsəyə gətirdiyi beynəlxalq layihələrə görə verilib.