Mübariz Qurbanlı: “Qələminiz möhkəm olsun” ÖZƏL-MÜNASİBƏT

19 Sentyabr 2018 14:29 (UTC+04:00)

“Səs” İnformasiya Agentliyinin yaranmasının 10 illiyi münasibətilə bütün kollektivi, eyni zamanda “Səs” İnternet televiziyası və “Səs” qəzetinin kollektivini təbrik edirəm, onlara uğurlar arzulayıram”. Bunu SİA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədrinin sözlərinə görə, “Səs” qəzetinin bazasında yaranmış olan “Səs” İnformasiya Agentliyi və “Səs” İnternet televiziyası Azərbaycanın informasiya məkanında öz sözü, dəsti-xətti olan qurumlardır: “Həmin qurumlar Azərbaycan dövlətçiliyinə, Prezident cənab İlham Əliyevin siyasətinin təbliğinə, o cümlədən ölkəmizin siyasətinin geniş şəkildə izahında böyük rol oynayırlar. Mən kollektivə uğurlar diləyirəm və can sağlığı arzulayıram. Qələmləri möhkəm, canları sağlam, klaviaturaları işlək olsun”.