Payız Azərbaycana nə vaxt daxil olacaq?

19 Sentyabr 2018 09:05 (UTC+04:00)

AMEA-nın N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası payız fəslinin Azərbaycana gələcəyi vaxtı açıqlayıb. Rəsədxananın elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov SİA-ya açıqlamasında bildirib ki, payız fəsli Azərbaycana sentyabrın 23-də, Bakı vaxtilə saat 05:54-də daxil olacaq.

Qeyd edək ki, ölkəmizə növbəti payız fəslinin gəlişi 23 sentyabr 2019-cu ildə saat 11:50-də baş tutacaq və Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarım kürəsindən Cənub yarım kürəsinə keçəcək.