Bərdədə tələbə həmyerlisini bıçaqlayıb

19 Sentyabr 2018 06:05 (UTC+04:00)

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə rayon ərazisindəki Bərdə Texnologiya Kollecinin qarşısında baş verib. Bərdə rayon sakini, 1997-ci il təvəllüdlü Süleymanlı Emin Kərim oğlu şəxsi münasibətlər zəminində rayon sakini, 1988-ci il təvəllüdlü Məmmədov Natiq Çingiz oğlu ilə mübahisə edib.

Mübahisə nəticəsində E.Süleymanlı N.Məmmədova 3 bıçaq zərbəsi vurub. Daktla bağlı Bərdə rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb və E.Süleymanlı tutularaq istintaqa təhvil verilib.