Açıqlandı: Rusiya qazı Macarıstana nəql olunacaq

19 Sentyabr 2018 00:43 (UTC+04:00)

Rusiya təbii qazının Macarıstana 2020-ci ildə tədarükünün şərtlərinə dair iki ölkə arasında razılıq əldə olunub. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu, Macarıstanın baş naziri Viktor Orbanla Rusiya prezidenti Vladimir Putin arasındakı danışıqlar zamanı mümkün olub.

Qeyd edək ki, tərəflər arasında mövcud qüvvədə olan müqavilənin müddəti 2020-ci ildə başa çatır.