"Binə" Ticarət Mərkəzinə gedən yolda qəza olub

18 Sentyabr 2018 20:00 (UTC+04:00)

Bakı-Ələt yolunun Qaradağ rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə zamanı iki avtomobil toqquşub. "Hyundai" və "Kia Rio" markalı avtomobillərin toqquşması nəticəsində "Binə" Ticarət Mərkəzinə gedən istiqamətdə tıxac yaranıb. Qəzada ciddi xəsarət alan olmayıb.