Alvaro Neqredo ərəb klubunda!

19 Sentyabr 2018 02:14 (UTC+04:00)

İstanbulun “Beştiktaş” futbol klubundan ayrılan Alvaro Neqredonun yeni klubu rəsmiləşib. İspaniyalı hücumçu Birləşmiş Ərəb Əmirliklərinin “Al Nasr” klubuna keçib. Dubay təmsilçisinin rəsmi saytı 33 yaşlı forvardla 2 illik müqavilə imzalandığını açıqlayıb. Neqredonun ilinə 7 milyon avro qazanacağı bildirilir. Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü ötən mövsüm “Beşiktaş”da 31 oyuna 7 qol vurub.