İtaliya B Seriyası dayandırılıb

19 Sentyabr 2018 01:19 (UTC+04:00)

İtaliya futbolunda maraqlı hadisə yaşanıb. Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, Milli Olimpiya Komitəsi komanda sayı az olduğu üçün B Seriyasının müvəqqəti olaraq dayandırılmasına qərar verib.
Adətən hər il çempinatda 22 klub iştirak edir. Mövsümün əvvəlində "Bari", "Avellino" və "Çezena" müflis olduğundan B Seriyasında 19 komanda qalıb. Fürsətdən istifadə edən C Seriyası təmsilçiləri - "Pro Verçelli", "Kataniya", "Syena", "Novara" və "Ternana" sözügedən klubları əvəzləmək üçün məhkəməyə müraciət edib. Məsələyə sentyabrın 21-də, xüsusi komissiyanın iclası zamanı aydınlıq gələcək. Qeyd edək ki, B Seriyasında artıq 3 tur keçirilib.