Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək

18 Sentyabr 2018 18:53 (UTC+04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Suriyanın İdlib vilayətində türk hərbi kontingentinin sayının artırılacağını deyib. SİA Anadolu informasiya agentliyinə istinadən xəbər verir ki, Çavuşoğlunun sözlərinə görə, Soçidə əldə olunan sazişə əsasən İdlibdə yaradılan təhlükəsizlik zonasının sərhədləri dəyişməz qalacaq.

"İdlibin 15-20 kilometr dərinliyinə qədər silahlardan təmizlənmiş zona təşkil olunacaq. Dinc sakinlər regionda qalacaq və terrorçu qruplar bu zonadan çıxarılacaq. Həmçinin oktyabrın 15-dək bütün ağır texnika geri çəkiləcək”, - deyə Türkiyə XİN-in rəhbəri bildirib.

Xatırladaq ki, sentyabrın 17-də Soçi şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında danışıqlar olub. Danışıqların nəticəsinə əsasən demilitarizasiya zonasına Türkiyənin mobil patrul qruplarının və Rusiya hərbi polisinin nəzarət edəcəyi bildirilib.