Sumqayıt Dövlət Dram Teatrı 50-ci yubiley mövsümündə Hüseyn Cavidi anacaq

18 Sentyabr 2018 17:25 (UTC+04:00)

Sumqayıt Dövlət Dram Teatrı 50-ci yubiley mövsümünü sentyabrın 25-də açacaq. SİA-nın məlumatına görə, kollektiv mövsümün ilk tamaşası olaraq N.Muradoğlunun “Zülmətdə nur” yeni səhnə əsərini tamaşaçılara təqdim edəcək.

Tamaşanın quruluşçu rejissoru xalq artisti Firudin Məhərrəmov, musiqi tərtibatçısı Telman Qəniyevdir.

Əsas obrazları əməkdar artistlər İlahə Səfərova, Rauf Ağakişiyev, Cəlal Məmmədov, İzaməddin Bağırov, aktyorlar Habil Xanlarov, Oqtay Mehdiyev, Şəmistan Süleymanlı, Sədaqət Nuriyeva, Dağlar Rüstəmov, İlahə Səfərova, İlham Səfərli, Şəhla Məmmədova, Rövşad İlyasov, Akif Mirzəyev ifa edirlər.

Tamaşa 1937-ci il represiya qurbanlarının, əsasən də H.Cavid ailəsinin faciəvi həyatından bəhs edir. Tamaşada H.Cavid ilə bərabər, o dövr Stalin və Bağırov Siyasətinin qurbanları Ə.Cavad, M.Müşviqin və onların həyat yoldaşları Şükriyyə və Dilbər xanımın represiya əzablarından səhnədə yer alıb.